Yeni il yaxınlaşdıqca müxtəlif bəzək əşyaları, xüsusilə də şam ağaclarına tələbat artır. Hazırda Bakının bir çox yerlərində bayram hazırlığı üçün xüsusi yarmarkalar təşkil olunub.
Yarmarka çadırlarında müxtəlif növ bəzək əşyaları, oyuncaqlar və yeni il atributlarını özündə əks etdirən suvenirlər satışa çıxarılıb. Məsələn, mağazalarda 3 manat olan bir oyuncağın qiyməti yarmarka çadırlarında, təxminən, 1 manata satılır.
Müxtəlif metro stansiyalarının çıxışında qurulan yarmarka çadırları dekabrın sonuna kimi fəaliyyət göstərəcək. Səhər saat 08:00-dan gecə 24:00-dək davam edəcək.
Yarmarka çadırlarının quruldugu ərazilərdən biri Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yerləşir. Burada çeşidlər çox, qiymətlər isə münasibdir. Satışa çıxırılan yeni il atributlarından biri də şam ağaclarıdır.
Şam ağaclarının boyuna görə qiymətləri də dəyişir. Belə ki, burada qiymətlər 4-5 manatdan başlayır, 100-120 manata qədər davam edir.
Yarmarka çadırlarında yeni il bəzəklərindən olan zərlərin qiyməti 70 qəpikdən 3 manata kimidir. Rəngli işıqların qiyməti isə 3-8 manat arasında dəyişir. Yumşaq oyuncaqların ən ucuzu 1 manat 50 qəpik, ən bahalısı isə, təxminən, 20 manatdır.
Hazırda şəhərin ən çox ziyarət edilən məkanlarından biri də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasıdır. Yarmarkadan yığılan vəsait xeyriyyə məqsədilə sərf olunacaq.
Nuray Mustafa